XƏBƏR

Bu metodla müalicə virusa yoluxanları daha tez sağaldır-YENİ İXTİRA

date 10 İyun 2020

Bu metodla müalicə virusa yoluxanları daha tez sağaldır-YENİ İXTİRA

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirus (COVID-19) infeksiyasının müalicəsində kök hüceyrə terapiyası sınaqdan keçirilib. Bununla bağlı araşdırmalar aparılıb, tədqiqatçılar tərəfindən işlənib hazırlanmış metoda əqli mülkiyyət hüququ verilib. Bu barədə e-tibb.az-a BƏƏ-nin Azərbaycandakı səfirliyindən məlumat daxil olub.

Keçən ay ixtiraçı və tədqiqatçı həkim Endryu Venturanın rəhbərliyi ilə Abu Dabi Kök Hüceyrə Mərkəzində həkimlər və tədqiqatçılar qrupu bədənin virusla mübarizə aparmasına və xəstəliyin əlamətlərini azaltmasına kömək edə biləcək yeni ixtira haqqında açıqlama veriblər.

Müalicə kök hüceyrələrin xəstənin qanından çıxarılmasından və yenidən aktivləşdirildikdən sonra xəstənin ağciyərlərinə sprey vasitəsi ilə nəfəs almaqla daxil edilməsindən ibarətdir.
Müalicənin ilkin nəticələri ümidverici olub, çünki orta və ağır simptomları olan COVID-19-a yoluxmuş 73 xəstədə sınaqdan keçirilib və bütün xəstələr müalicənin effektiv olduğuna dəlalət edən müsbət reaksiyalar veriblər. Bununla belə, tədqiqatçılar nəticələrin hələ ilkin olduğunu və daha çox təhlilə ehtiyac olduğunu bildiriblər.
Abu Dabi Kök Hüceyrə Mərkəzindən bildirilib ki, təhlillərin nəticəsi müalicənin effektiv olduğunu və onun mövcud müalicə protokollarına əlavə qismində daxil edilməsinin təhlükəsiz olduğunu göstərib.
Şeyx Xəlifə Tibb Şəhərinin hematoloji və onkoloji şöbəsinin müdiri və kök hüceyrə layihəsi üçün baş tədqiqatçı Fatima Əl-Kaabi deyib ki, kök hüceyrə müalicəsi alan xəstələrin vəziyyəti yalnız adi müalicə alanlardan daha sürətli yaxşılaşıb: “Əgər kök hüceyrə terapiyası alan xəstələr müalicənin ilk dörd günü ərzində klinik yaxşılaşma göstərmişdisə, şərti terapiya alan xəstələr analoji nəticələri səkkiz gün sonra göstərib. Vəziyyəti ağır olan xəstələrin kök hüceyrələri ilə müalicə müddəti və sağalma müddəti altı gün təşkil etdi. Bu ənənəvi müalicə alan xəstələrin sağalma müddətindən xeyli azdır və onlar xəstəxanada təxminən 22 gün keçirdilər".

Növbəti təhlillər göstərib ki, kök hüceyrə terapiyasını qəbul edən xəstələrin hamısı yeddi gündən az müddətdə, yalnız ənənəvi terapiya qəbul edən xəstələrin sağalma sürətindən 3,1 dəfə daha sürətli bir şəkildə sağalırlar. Testlər sübut  edir ki, kök hüceyrə müalicəsi alan xəstələrin 67% -i yalnız bu innovativ müalicə sayəsində başqa heç bir amillər olmadan tam sağalıb.

Abu Dabi Kök Hüceyrə Mərkəzi, mərkəzin bu müalicədə əqli mülkiyyət qorunması hüquqlarını əldə edə biləcəyini ifadə edir.

Qeyd olunub ki, bu, BƏƏ höküməti tərəfindən rəsmi təsdiqin əldə edilməsindən sonra lisenziyalaşdırılaraq müalicə məlumatlarının başqaları ilə bölüşmək üçün bir yol açır.

Tədqiqatçılara nəticələri müqayisə etməyə imkan yaradan, kök hüceyrə müalicəsindən keçən 73 xəstənin məlumatlarının şərti müalicə alanların bərabər sayı ilə müqayisəsindən sonra müalicənin uğurlu olması təsdiqlənib.
Tədqiqat zamanı həmçinin istənilən yan təsirin meydana gəlməsi müqayisə olunub, 28 gün ərzində ölüm səviyyəsini və xəstənin nə zaman yaxşılaşıb xəstəxananı tərk edə biləcəyi vaxtı kotrol edilib.

Bundan başqa, məlumatlar  xəstənin immun reaksiyasına və xəstəliyin ağırlaşma əlamətləri və laxtalanma testləri əsasında müqayisə edilib.

Məlumata görıə, qanda hemoqlabin səviyyəsi 10-dan az olan, və yaxud qanında hər-hansısa bir infeksiya olan və bundan öncə xərçəng xəstəliyindən əziyyət çəkənlər, həmçinin 18 yaşına çatmayanlar ya xaric edilir, ya da başqa bir qeyr-ənənəvi müalicə alırlar.
Tədqiqatçılar hazırda üçüncü təcrübə mərhələsində ideal maksimum doza və astma, xroniki obstruktiv ağciyər xəstəliyi və kistik fibroz kimi digər tənəffüs xəstəliklərində müalicənin effektivliyini təyin etmək üçün müxtəlif sınaqlar keçirirlər.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR