XƏBƏR

Öpüşlə keçən 5 XƏSTƏLİK

date 11 Fevral 2019

Öpüşlə keçən 5 XƏSTƏLİK

Əslində öpüşməyi çoxları sevir. Bəs bunun eyni zamanda zərərli olduğunu da bilirdiniz? Alimlər bildirir ki, öpüşmə yolu ilə yoluxan və immunitet sistemini zəiflədən bir çox önəmli xəstəlik mövcuddur.

Bu istiqamətdə aparılan araşdırmalar zamanı məlum oldu ki, öpüşərkən yoluxdurulan mikrobların 95 faizi tüpürcək və burun mukozu (selikli hissə) hesabına olur. Bu yoluxucu xəstəliklərdən hər kəsin xəbərdar olması gərəkdir. e-tibb.az həmin xəstəlikləri sizin diqqətinizə çatdırır:

Epşteyn barr virusu

Bu "öpüşmə xəstəliyi"  tüpürcək yolu ilə keçir. Xəstəliyin heç bir yaş sərhədi yoxdur. Lakin yeniyetmələr arasında daha sıx rast gəlinir. Xəstəliyin əlamətləri: qızdırma, boğaz ağrısı və limfa düyünlərində şişkinlik. Bu əlamətləri hiss edən şəxs mütləq həkimə müraciət etməlidir. Yalnız qan analizi zamanı müəyyən edilə bilir.

Sitomeqalovirus

Sitomeqalovirus ən çox yayılan viruslardan hesab edilir. Bu virusa cinsi münasibət, qan transferi ya da vücuddakı seliklərin bir başa təması, yəni  öpüş zamanı yoluxmaq olur. Virusu yalnız qan analizi ilə təsbit etmək mümkündür. Xəstəliyin birbaşa müalicəsi yoxdur və bunun üçün də hər hansı dərman qəbul edilmir. Sadəcə, xəstənin gigiyenik vərdişlərini dəyişməsi lazım olur. Təmizliklə bu xəstəliyin qarşısını almaq mümkündür.

Diş əti iltihabı

Diş əti iltihabı birbaşa dişlərə təsir edir və ağız boşluğuna dayanmadan bakteriya axınına səbəb olur. Öpüş vasitəsilə keçir. Xəstəliyin əlamətləri: dişdə qanama, qızarma və şişkinlik. Bu əlamətləri gördüyünüz an vaxt itirmədən həkimə gedin. Diş əti iltihabı çox pis ağız iyinə və ağrılara gətirib çıxarır. Dərmanlar vasitəsilə müalicəsi var.

Streptotok mənşəli faringit

Bu xəstəlik faringitin bir növüdür, boğaz infeksiyasıdır. Bu infeksiya əsasən öpüşmə zamanı keçir. Onu da nəzərə alın ki, bu infeksiya öskürmə yolu ilə də başqasına keçə bilər. Xəstəliyin əlamətləri: baş ağrısı, qızdırma, boğazda şişkinlik, boğaz ağrısı və yanma hissi. Bu xəstəliyi yalnız boğazdan alınan yaxma ilə müəyyən etmək olur. Müalicəsi var.

Uçuq

Əksəriyyətin gündəlik həyatda rastlaşdığı uçuq əslində bir infeksiyadır. Herpes adlı virusdan qaynaqlanan bu virus öpüşmə yolu ilə keçir. Virusun əlamətləri: boğaz ağrısı, limfa düyünlərində şişkinlik və 3 gündən artıq davam edən qızdırma. Uçuq əsasən bir-iki həftə içində keçir. Həkimlə məsləhətləşərək müalicəvi krem və ya dərmandan istifadə edə bilərsiniz.

Öpüşməzdən əvvəl nələri etməli?

- Dişlərinizi düzgün bir qaydada fırçalamağa çalışın.

- Nizamlı olaraq vaxtaşırı diş ipi istifadə edin.

- İldə ən azı bir dəfə diş müayinəsinə gedin.

- Diş fırçanızı 3 ayda bir deyişdirin.

- Qarqara yolu ilə mikroblardan qorunun.

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR