XƏBƏR

Nəfəs yoluna oyuncaq parçası düşən 4 yaşlı uşaq xilas olunub - FOTO

date 4 Yanvar 2021

Nəfəs yoluna oyuncaq parçası düşən 4 yaşlı uşaq xilas olunub - FOTO

Azərbaycanda nəfəs yoluna “Lego” oyuncaq parçası düşən 4 yaşlı oğlan əməliyyatla xilas olunub.

e-tibb.az xəbər verir ki, bu barədə uşaq cərrahiyyəsi və urologiyası uzmanı, Mərkəzi Klinikanın həkimi Fuad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, valideynləri oyuncaqla oynayan uşağın anidən boğulduğunu, göyərdiyini görüblər: “Uşaqda tənginəfəslik yaranıb, sonra da öskürməyə, xırıldamağa başlayıb. Təcili bizim klinikaya müraciət etdilər. Aparılan müayinələr nəticəsində məlum oldu ki, oyuncaq parçası uşağın nəfəs yoluna düşüb”.

Həkim onu da bildirib ki, uşaq 4 il öncə ürək qüsuruna (VSD) görə əməliyyat olunub və əməliyyatdan sonra ürəyində ritm pozğunluğu yarandığı üçün “pacemaker qoyulub.

Azyaşlı məcburi təcili əməliyyata götürülüb: “Bronxoskopiya yəni işıqlı alətlə nəfəs borusuna girilərək Lego oyuncaq parçası çıxarıldı. Şansı gətirdi, 1 gün sonra tam sağlam evlərinə getdi. Təəssüf hissi ilə qeyd edirəm ki, həmişə son belə sevindirici olmur. Bəzi uşaqlar bu səbəblə həyatını itirir! Ya hadisə yerində dünyasını dəyişir, ya da ixtisaslaşdırılmış xəstəxanaya çatdırmaq mümkün olmur”.

 

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR