XƏBƏR

Mütəxəssis: “Ət, kabab yeyən adamlar həmişə alkoqola meylli olur”  

date 9 Aprel 2019

Mütəxəssis: “Ət, kabab yeyən adamlar həmişə alkoqola meylli olur”  

“Bakıda hər gün yeni "şərab evləri" açılır. Deməli, tələbat var, tələbat olmasa, açılmaz. Ölkəyə spirtli içkilər idxal edilir, üstəlik, yerli istehsalı da nəzərə almalıyıq. Azərbaycanda yeni-yeni spirtli içki brendləri yaranmaqdadır. Tələbat, istək varsa, proses bu cür davam etsə, Azərbaycanda alkoqoliklərin sayı artmalıdır”.

E-tibb.az-ın xəbərinə görə, bunu Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri Lalenin ONA-ya müsahibəsində deyib:

“Azərbaycanlıların genetikasına nəzər salsaq, görərik ki, bizim genetikamız alkoqola, spirtli içkiyə meylli deyil. Finlərlə, ruslarla müqayisədə spirtli içki qəbulundan sonra azərbaycanlılarda daha çox fəsadlar yaranır. Çünki yenə deyirəm, bizim orqanizmimizdə alkoqola meyllilik yoxdur. İnsan orqanizmində alkoqoldeqidroqenaza fermenti var. Bu ferment alkoqolu neytrallaşdırır.

Azərbaycanlıların orqanizmində, ümumiyyətlə, alkoqoldeqidroqenaza fermenti daha azdır, bizim insanların orqanizmi alkoqolu çətin qəbul edir, alkoqolla uyğunlaşa bilmir. Digər tərəfdən, ət yeyən adam həmişə alkoqola meylli olur. Xüsusən də kabab yeyən adam. Kabab yeyən adamın orqanizmi istər-istəməz alkoqol tələb edir. Rəqəmlərə gəlincə, 2018-ci ildə alkoqolizm diaqnozu qoyulan xəstələrin sayı 977 nəfər təşkil edib. Azərbaycanda qeydiyyatda olan qadın alkoqoliklərin sayı təxminən 300 nəfərdən çoxdur”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR