XƏBƏR

Miqren tutması zamanı nə etməli?

date 22 Aprel 2019

Miqren tutması zamanı nə etməli?

“Miqren tutması başlayan zaman qəbul edilən bəzi ağrıkəsicilər, miqrenə xas olan damar büzücü xüsusiyyətə qarşı müsbət təsirli olur. Mümkün olduğu qədər ağrının başlamasını hiss edən kimi dərman qəbul edilməlidir”.

Bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva bildirib: “Ağrı şiddətli nöqtəyə gəldiyində, pasientə morfi belə verilsə, artıq fayda verməz. Miqren ağrısının ən şiddətli olduğu zaman damarlar genişlənir, şişkinlik yaranır.

Masaj, soyuq tətbiqi, başı sıxma kimi metodlar da qismən ağrını azaltmaq üçün müsbət təsir göstərə bilər. Analarımız ağrını azaltmaq üçün başlarını tənziflə sıxırdılar, indi isə soyuq miqren bantları satılır. Nanə yağı və ya nanəli dəriyə çəkilən kremlərin də az da olsa təsiri ola bilər”.

Həkim qeyd edib ki, miqren tutması başladıqdan sonra heç bir vasitənin ağrını tam aparmağa gücü qalmır: “Sadəcə, miqren ağrı tutması artıq başlayıbsa, onu daha da qıcıqlandıran faktorlardan - işıq, səs-küy, qoxu və s. - uzaq olmalı və rahat bir otağa çəkilib tutmanın keçməsini gözlənməlidir”.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR