XƏBƏR

Mərkəzi Neftçilər Xəstəxanasına yeni rəhbər təyin olunub

date 26 Aprel 2019

Mərkəzi Neftçilər Xəstəxanasına yeni rəhbər təyin olunub

Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) baş direktor təyin edilib.

E-tibb.az-ın xəbərinə görə, bu barədə MNX məlumat yayıb.

Məlumatda bildirilir ki, səhiyyə naziri Oqtay Şirəliyevin aprelin 25-də imzaladığı əmrə əsasən, Nadir Mehdiyev baş direktor vəzifəsində təyinat alıb.

N. Mehdiyev indiyə kimi xəstəxananın baş direktorunun müavini kimi çalışıb və baş direktor vəzifəsini icra edib.

Xəstəxananın baş direktoru Ülvi Mirzoyev martın əvvəllərində tutduğu vəzifədən azad olunub.

 

 

   

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR