XƏBƏR

Bədənə yığılan mayeni bu meyvələrlə kənarlaşdırın

date 25 Aprel 2019

Bədənə yığılan mayeni bu meyvələrlə kənarlaşdırın

Bədənə maye yığılması şişkinliyə, narahatlığa səbəb olan halıdır. Bu halla mübarizə aparmağın ən düzgün yolu gün ərzində sidik qovmaq qabiliyyəti olan qidaları qəbul etmək sayılır. E-tibb.az maye toplanmasına qarşı ən yaxşı təsir edən meyvələri təqdim edir.

Armud - sidikqovucu xüsusiyyəti ilə digər meyvələrdən daha təsirli sayılır.

Qarpız - həm bol sulu, həm də lifli olması sayəsində ən yaxşı sidikqovuculardan hesab olunur.  

Gündə 3-4 ədəd əncir yesəniz həm sidiyin bədəndən asanlıqla atılmasına kömək edər, həm də qəbizlik şikayətlərini aradan qaldırmış olarsınız.

Qreyfurt - təkcə bədəndəki artıq mayeni xaric etməyə kömək etmir, həm də toksinləri kənarlaşdırmaq baxımından çox faydalıdır.

Ananas - həm şişkinlikləri yox edir, həm də həzmi asanlaşdırır. Bu, diet proqramlarına ən çox daxil edilən meyvə sayılır.

Bol vitamin və mineral mənbəyi olan manqo həm də yaxşı sidikqovucudur.

Yemiş də ən yaxşı sidikqovucu sayılır. Eyni zamanda qəbizliyi aradan qaldıran, doyumluluq yaradan özəllikləri var.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR