BLOQ

Körpələr üçün topuq testi: Vacibdirmi?

date 16 Sentyabr 2019

Körpələr üçün topuq testi: Vacibdirmi?

Topuq testi- daban testi- zəka testi ...

Bu test yeni doğulmuşlara rutin olaraq edilməlidir, əslində...

Əslində çox şey olmalıdır, bu da onlardan biridir.

Nədir bu test? Bu test ilə uşaqda əsasən hipotiroidizm və fenilketonuriya yoxlanılır. Yoxlama üçün qan dabandan götürülür. Və doğulduğu ilk üç gün ərzində (uşaq daha çox protein qəbul edincə) edilməlidir. Maksimum 7 günü keçməməlidir. Əgər ilk 24 saat ərzində götürülməsi vacib olmuşsa, 1-2 həftə sonra təkrar yoxlanılır. Testin cavabı üç həftə ərzində məlum olur. Ya pozitiv ya neqativ. Pozitiv isə təkrar test edilir.

Fenilketonuriya anadangəlmə xəstəlikdir. O da bu test ilə aşkar edilir. Bu zaman fenilalanin hidroksilaza adlı ferment çatışmır. Qanda fenilalajin və onun metabolitleri artır. Onların artıq miqdarı beyinə toksiki təsir göstərir.

Hipotireoz da bu testlə aşkar edilir. Onun da erkən aşkar edilməsi vacibdir. Bu qalxanvari vəzin işinin zəifləməsinə, hormonlarının çatışmazlığı ilə bağlı xəstəlikdir. Bu xəstəliklər müalicəsiz qalarsa, ağıl geriliyi, boy qısalığı, katarakt kimi ciddi problemlərə gətirib çıxara bilər.

Ölkəmizdə bu testi valideynlərin öz istəyi ilə icra edirlər. Ümumiyyətlə, çox şey valideynlərin istəyi ilə həll edilir:

- Keysəriyyə, yoxsa təbii doğuş olsun?

- Uşaq peyvənd olunsunmu?

- Filan analizi ya müayinəni edəkmi və s.

Məncə, uşaqların hər bir haqqı müdafiə edilməlidir. Sağlamlıq haqqı da onlardan biridir və seçimə buraxılmamalıdır.

Aytən İsmayılzadə - Həkim-pediatr

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR