XƏBƏR

Azərbaycanda bu il 1844 əkiz, 48 üçəm doğulub

date 16 Sentyabr 2019

Azərbaycanda bu il 1844 əkiz, 48 üçəm doğulub

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 79861 doğulan körpə qeydiyyata alınıb.

e-tibb.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb. Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.

Körpələrdən 1844-ü əkiz, 48-i isə üçəm doğulanlardır.  

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR