XƏBƏR

“Koronavirusa görə özünü yoxla” proqramı hazırlanıb

date 15 Aprel 2020

“Koronavirusa görə özünü yoxla” proqramı hazırlanıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Koronavirusa görə özünü yoxla” proqramı hazırlanıb.

e-tibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumat yayıb.

BMT-nin İnkişaf Fondunun (UNDP) dəstəyi ilə hazırlanan proqramın məqsədi insanlara müvafiq tibbi yardım üçün müraciət etmək barədə qərar verməkdə yardımçı olmaqdır.

Özünü yoxlama proqramı hər hansı xəstəlik (o cümlədən COVID-19) və ya digər tibbi vəziyyətlərin diqnostikası və ya müalicəsi üçün nəzərdə tutulmayıb.

Özünü yoxlama proqramı koronavirusa yoluxma riskini müəyyən etmək üçün hazırlanıb və tibb mütəxəssislərinin rəyini, klinik müayinəsini əvəz etmir.

Proqram www.isim.az saytında yaradılan “Koronavirus haqqında məlumatlar” bölməsində istifadəçilərə təqdim olunur. İstifadə üçün hər bir şəxsin razılığından sonra proqram tərəfindən ona tələb olunan qayğı səviyyəsinin müəyyənləşdirilməsi üçün bir neçə sual verilir və bu cavablar əsasında lazımi tövsiyələr təqdim edilir.

Proqram yalnız Azərbaycanda yaşayan insanlar üçün nəzərdə tutulub.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR