XƏBƏR

İmmuniteti ən çox bunlar zəiflədir-SİYAHI

date 16 Aprel 2020

İmmuniteti ən çox bunlar zəiflədir-SİYAHI

İmmun sistemini gücləndirən və zəiflədən amillər barədə hər zaman müzakirəər açılır. Son zamanlar isə bu mövzu daha aktualdır. Pandemiya dövründə, koronavirusdan qorunmaq üçün insanlar bununla bağlı daim axtarışdadırlar. Türkiyədən olan qidalanma və diet uzmanları pandemiya dövründə immun sisteminə ən çox ziyan vuran qidaları və həyat tərzi ilə bağlı düzgün olmayan vərdişləri açıqlayıblar. e-tibb.az onları təqdim edir:

1. Marqarin və trans yağlar

Bildirilir ki, marqarin və trans yağlarla hazırlanan bütün qidalar, eləcə də paketdə satılan hazır məhsullar orqanizmin infeksiyalara qarşı müqavimətini azaldır. Belə yağlarla hazırlanan pizzalar, cips, qarğıdalı, kartof qızartmaları, dondurulmuş yeməklər, mayonezlər, kolbasalar, sosiskalar, bütün işlənmiş ət məhsulları pandemiya dövründə birmənalı olaraq yeyilməməlidir.

2.Nizamsız yuxu

Qidalanma, hərəkətli olmaq nə qədər vacibdirsə, hər kəsin nizamlı olaraq yatması da bir o qədər əhəmiyyət kəsb edir. İmmun sistemini gücləndirən, müqaviməti artıran həm də yuxudur. Karantin dövründə evdə qaldığımız zamanlarda səhərə qədər oyaq qalmaq, gündüzlər yatıb, gecələr oturmaq hormonal balansı pozur. Bu isə müqavimətin azalması, viruslara yoluxmasına şərtait yaradır. Gecə yuxusu çox önəmldiri və 6-8 saat yatmaq lazımdır.

 

3. Şəkərli qidalar

Şəkər birbaşa qana keçir. Ələlxüsus kekslər, tortlar, şəkərli un məhsualları qan şəkərini çox sürətlə yüksəldir. Bu isə orqanizmə daxil olan virus və bakteriyalara müqavimət göstərən, onlarla mübarizə aparmalı olan reseptorların həssaslığını azaldaraq immunitetin zəifləməsinmə imkan verir. Ona göfrə də şəkərdən və şəkərli məhsullardan uzaq durmaq tövsiyə olunur.

 

4. Havasız otaq

Oksigenlə bol olan təmiz hava immun sisiteminin güclü olması üçün ən vacib şərtlərdən biridir. Nəfəs alan zaman ağciyərlərimizə dolan oksigen qanın təmizlənməsinə səbəb olur. Evdə və ya ofisdə nəfəs alıb verdikcə hava təmizliyini itirir, kirlənir. Ona görə də uzun zaman qapalı yerdə qalmaq yorğunluq və halsızlığa səbəb olur. Olduğumuz otağı havasının tez-tez dəyişmək lazımdır. Bu, orqanizmin müqavimətini artıqmaq üçün vacibndir.

 

5. Uzun zaman ac qalmaq

Çox uzun zaman ac qalmaq orqanizmin yetərincə enerji almamasına və şəkər balansının pozulmasına səbəb olur. Bu hal immun hüceyrlərinin infeksiyalarla mübarizə aparmamasına səbəb olur. Ona görə də hər 4-6 saatdan bir mütləq təbii qidalar qəbul edərək orqanizmə enerji vermək lazımdır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR