XƏBƏR

Koronavirus peyvəndi olunandan sonra nə baş verir?

date 26 Noyabr 2020

Koronavirus peyvəndi olunandan sonra nə baş verir?

İnsanların çoxunu koronavirus peyvəndi olunandan sonra nə baş verəcəyi düşündürür. Peyvənd olunanlar virusa yoluxacaqlarmı, peyvənd hansı müddətə qoruyucu olacaq və s. suallar çoxları üçün aktualdır.    

e-tibb.az xəbər verir ki, Rusiyadan olan epidemioloq, "Rospotrebnadzor"un (İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət) Mərkəzi Epidemioloji Arşadırma İnstitunun direktor müavini Aleksandr Qorelov COVID-19 peyvəndi vurulandan sonra vəziyyətin necə olacağını izah edib.

Epidemioloq deyib ki, koronavirusa qarşı peyvənd olunanlar da bu virusa yoluxa bilər, lakin onlarda xəstəlik daha yüngül olacaq: “Peyvənd olunanlar da digər vaksinlərdə olduğu kimi yoluxa bilərlər. Mütləq bir qorunma yoxdur, ancaq peyvənd olunanlar infeksiyanı daha asan və digər kəskinləşmələr olmadan keçirirlər. Bu, əsas amildir”.

Onun sözlərinə görə, bir insanın peyvənddən sonra koronavirusa yoluxması zamanı komplikasiya, yəni fəsad olmayacaq, sətəlcəm, ürək, böyrək zədələnməsi, ensefalopatiya və s. reaksiyalar zəif inkişaf edəcək.

Mütəxəssis vurğulayıb ki, eyni zamanda, peyvənd edildikdən sonra da maskadan istifadə etmək lazımdır, çünki maska koronavirusa yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır.
 
Epidemioloqun sözlərinə görə, infeksiyaya yoluxmaqla bağlı əsas amil- sosial məsafəyə riayət edilməməsidir. Əgər insan böyük bir dozada virus qəbul edirsə, o zaman hər hansı bir immunitet buna dözə bilməz. Ona görə də hər kəs özünü və ətrafdakıları qorumaq üçün maskadan istifadə etməli, məsafə gözləməlidir.

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR