XƏBƏR

Yumurta ağciyəri nədən qoruyur?

date 25 Noyabr 2020

Yumurta ağciyəri nədən qoruyur?

Yumurta koronavirusun gedişatını yüngülləşdirə bilir. 

e-tibb.az Rusiya mediasına istinadən xəbər verir ki, dietoloq Marqarita Koroleva toyuq yumurtasının ağciyərin vəziyyətini yaxşılaşdırmağa kömək etdiyini açıqlayıb. Dietoloq bildirib ki, yumurta zülalı infeksiya ilə mübarizə aparmağa kömək edən immunoglobulinlərin qurulması üçün vacibdir. Yumurta sarısında olan yağ komponentləri ağciyərin alveolalarında da var. İmmunitet hüceyrələrinin divarları da bu yağlardan təşkil olunub. Buna görə də yumurta və heyvani yağları qida rasionuna daxil etmək vacibdir.

Dietoloq onu da deyib ki, yumurtada olan A vitamini, immunitetə koronavirusu məhv edən "qatil hüceyrələr"in ifrazını aktivləşdirməyə kömək edir. Yumurtada olan E vitamini isə antioksidant xüsusiyyətlərə sahibdir və toksinlərin orqanizmdən kənarlaşmasına kömək edir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR