XƏBƏR

Koronavirus peyvəndi nə vaxt əlçatan olacaq?

date 25 İyun 2020

Koronavirus peyvəndi nə vaxt əlçatan olacaq?

Yeni növ koronavirusa qarşı 1 peyvənd artıq sınağın son mərhələsindədir.

e-tibb.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında deyib: “Ümid edirik ki, 2020-ci ilin sonuna qədər tibb işçiləri və risk qrupunda olanlar üçün bu peyvənd əlçatan olacaq”.

ÜST nümayəndəsi onu da deyib ki, “Deksametazon” dərman vasitəsinin ağır vəziyyətdə olan xəstələrə 1/3 dərəcədə faydalı olduğu üzə çıxıb.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR