XƏBƏR

“İndi COVID infeksiyası daha kəskin inkişaf edir"-XƏBƏRDARLIQ-VİDEO

date 25 İyun 2020

“İndi COVID infeksiyası daha kəskin inkişaf edir"-XƏBƏRDARLIQ-VİDEO

Son zamanlar koronavirusa yoluxanlarda daha çox ağırlaşma yaranır. İndi koronavirus xəstəliyinin inkişafı daha kəskindir.

e-tibb.az xəbər verir ki, bunu APA TV-nin “Öncə sağlıq” proqramında koronavirus xəstələrinin müalicə olunduğu ATU-nun Tədris Cərrahiyyə Klinikasının Anesteziologiya-reanimatologiya şöbəsinin müdiri Cavid Paşayev deyib. Onun sözlərinə görə, aprel ayından sonra koronavirus infeksiyasına yoluxanlarla indiki dövrdə yoluxanlar arasında xeyli fərq var: “Biz aprelin 1-dən koronaviruslu xəstələri qəbul edirik, bu günə kimi 700-dən çox xəstəmiz olub. Aprel ayında daxil olan xəstələrdə daha az bakterial ağırlaşma qeydə alınırdı. İndiki xəstələrdə virusun ağciyəri zədələməsi nəticəsində ikincili olaraq bakterial ağciyər zədələnməsi qeydə alınır. Buna bakterial pnevmoniya da qoşulur və xəstələr daha ağır vəziyyətdə daxil olur. Xəstələrin əksəriyyətində yanaşı olaraq şəkərli diabet olduğuna görə, ağciyərlə yanaşı böyrək zədələnmələri də olur. Reanimasiyaya düşən xəstələrin əksərində kəskin böyrək zədələnməsi də müşahidə edilir”.

Onun sözlərinə görə, COVID ağciyərdə qalıcı təsir yarada bilir. 

Proqramda çıxış edən Bakı Sağlamlıq Mərkəzinin Torokal şöbəsinin rəhbəri Arif Ağayev isə deyib ki, koronavirusa yoluxanlarda qeydə alınan əsas ağırlaşma pnevmoniyadır.

Həkim bildirib ki, ailədə bir nəfər virusa yoluxubsa, ailə üzvlərinin hamısı müayinə olunmalıdır: “Klinik əlamətin olmaması, eləcə də testin nəticəsinin mənfi olması xəstəliyin olmaması demək deyil. Virus yuxarı tənəffüs yollarından başlayaraq aşağı tənəffüs yollarına yayılır. Yoluxandan bir neçə gün sonra yuxarı tənəffüs yollarında, yəni burun-udlaqda virusun aşkarlanmaması mümkündür. Bəlkə də həmin dövrdə bəlğəm yolxlansa, nəticə pozitiv çıxar. Ona görə də xəstəliyin ağırlaşmış formalarında test neqativ nəticə göstərə bilər”...

Həkimlərin fikirləri ilə daha ətraflı videoda tanış ola bilərsiniz.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR