XƏBƏR

Kişilərin qadınlardan az yaşmasının 3 səbəbi

date 6 Fevral 2019

Kişilərin qadınlardan az yaşmasının 3 səbəbi

Elm adamları kişilərin nə üçün qadınlardan daha az yaşadıqlarının səbəbini araşdırıb tapıblar. Mütəxəssislərin fikrincə, bu tendensiyanın bir neçə səbəbi var.

1-ci səbəb

Bu, əsasən, X-xromosomu ilə bağlıdır, hansı ki, bu xromosom vacib həyati genləri daşıyır. Belə ki, əgər qadınlarda bu xromosom məhv olarsa, onu əvəz edəcək başqa var. Lakin kişilərin belə bir şansı yoxdur. Çünki onlardakı ikinci xromosom faydasız sayılan Y-dir. Bu səbəbdən kişi embrionları daha zəifdir. Ana bətnində olan oğlan uşaqları bəzən hamiləliyin son aylarında belə tələf olurlar.

2-ci səbəb

İkinci səbəb yeniyetməlik dövründə baş verən hormonal dəyişikliklərdi. Bu zaman oğlanlarda testosteron hormonu əmələ gəlir. Həmin hormon oğlanlarda potensial həyati təhlükəyə gətirib çıxara biləcək davranışlara səbəb olur.

3-cü səbəb

Növbəti səbəb isə kişilərin həyat tərzi ilə bağlıdır. Bundan başqa, bütün konfliktli bölgələrdə, müharibələrdə, əsasən, gənc kişilər ölürlər. Kişilərin pis vərdişləri qadınlardan çoxdur, bu isə onların ölümünü tezləşdirir. Lakin alimlər hesab edirlər ki, yaxın gələcəkdə kişilər də qadınlar qədər ömür sürəcəklər. Bu, son zamanlar sağlam həyat tərzinə xüsusi diqqət yerilməsi ilə izah edilir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR