XƏBƏR

Kimlər yoqa ilə məşğul ola bilər?- YOQA ÜÇÜN ŞƏRTLƏR

date 24 May 2020

Kimlər yoqa ilə məşğul ola bilər?- YOQA ÜÇÜN ŞƏRTLƏR

Yoqa ev şəraitində, heç bir avadanlığa ehtiyac olmadan fiziki aktiv olmaq üçün çox gözəl vasitədir. Uşaq, yeniyetmə, gənc, hamilə qadın, ahıl şəxs, bir sözlə hamı yoqa ilə məşğul ola bilər.

e-tibb.az xəbər verir ki, bunu yoqa üzrə mütəxəssis, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Teymur Hüseynov açıqlayıb. Həkim bildirib ki, yoqa ilə məşğul olmaq üçün tütün məhsullarından imtina etmək lazımdır. Məşqlər acqarına edilməlidir. Məşqdən 4 saat əvvəl su istisna olmaqla, heç bir qida qəbul olunmamalıdır Səhərlər acqarına 2 stəkan ilıq suyu tələsmədən, qurtumla içmək lazımdır. Mütəxəssis deyib ki, ən yaxşısı yoqa ilə səhər saatlarında məşğul olmaqdır. Lakin günün digər saatlarında da yoqa məşqləri etmək olar. T. Hüseynov “Yoqa bədənə sağlamlıq, könülə fərəhlik bəxş edir”, deyə bildirib.

Mütəxəssisin yoqa təlimi ilə aşağıdakı videoda tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=yZxy2jv22uo&t=193s

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR