1 Oktyabr 2019
“Stress faktoru ürək xəstəliklərinə səbəb olan əsas amillərdən biridir”.
e-tibb.az-ın xəbərinə görə, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, professor Kamran Musayev APA TV-nin “Öncə sağlıq” proqramında deyib. K. Musayev bildirib ki, ölümə səbəb olan xəstəliklər sırasında ürək-damar xəstəlikləri birinci yerdədir.
Ürək-damar xəstəliklərinin yaranmasında qidalanma ən ciddi faktordur. Qidalanma faktoru barədə danışan mütəxəssis qırmızı ət və heyvan mənşəli yağlardan istifadəni azaltmağı tövsiyə edib.
Kardiocərrah anadangəlmə və sonradan qazanılan ürək qüsurları, ürəyin qapaq xəstəlikləri, onların səbəbləri, müalicə üsulları, yeni əməliyyat metodları barədə də danışıb, tövsiyələr verib.