XƏBƏR

Streslə mübarizə aparan robot-pişik hazırlanıb - VİDEO

date 1 Oktyabr 2019

Streslə mübarizə aparan robot-pişik hazırlanıb - VİDEO

Yaponiya şirkəti başsız robot-pişik hazırlayıb. Əsas məqsədi streslə mübarizədə insanlara kömək etmək olan yeni qurğu Berlində keçirilən “IFA-2019” sərgisində təqdim olunub.

e-tibb.az ict.az-a istinadən xəbər verir ki, başsız robot-pişik həqiqi heyvanlar kimi quyruğunu yellədə bilir. “Qoobo” adlandırılan qurğunun effektivliyini bir neçə psixoloji testi ilə sübut ediblər.

“Pişik” insanlar tərəfindən sığallandığı zaman o tərpənməyə və quyruğunu yellətməyə başlayır. Qadcetin effektivliyi bir neçə könüllü tərəfindən qiymətləndirilib. Şirkətin mütəxəssisləri könüllülərin stress səviyyəsini müəyyən edərək onlara robot-pişiyi sığallamağa imkan veriblər. Daha sonra könüllülər arasında sorğu keçirilib.

Tədqiqat göstərib ki, “pişik” insanda apatiya, yorğunluq səviyyəsini azaltmaqla yanaşı, stressi aradan qaldırmağa və depressiya ilə mübarizə aparmağa kömək edir.

Qeyd edək ki, artıq 10 mindən çox robot-pişik satılıb.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR