XƏBƏR

İnsulta səbəb olan amillər hansılardır? - VİDEO

date 4 Mart 2020

İnsulta səbəb olan amillər hansılardır? - VİDEO

İnsultun əlamətləri qəflətən ortaya çıxa bilər. Bəzən insalrad oturduqları, söhbət etdikləri, yemək yedikləri yerdə qəfildən üzdə keyimə, nitqdə, hərəkətdə, görmıədə pozğunluq yaranması insultun əlamətləridir.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının nevroloqu Yeganə Rəşidova deyib.

Onun sözlərinə görə, bu işemik həmlələr bəzən 24 saat ərzində aradan qalxa bilir, amma bu şəxslərin təkrarən ağır insult keçirmə ehtimalı daha çoxdur.

Həkim vurğulayıb ki, anidən yaranan kəskin baş ağrısı, başgicəllənmə də insultun əlamətləri ola bilər.

Y. Rəşidova, ürək problemləri, səyrici aritmiyası olanlarda insult riskinin yükəsk olduğunu vurğulayıb. Mütəxəssis, insulta səbəb olan digər amillər, risk faktorları, insult keçirənlərin sayının çoxalması və s. barədə sualları cavablandırıb.

Eyni zamanda insultların yaranmasında qidalanmanın rolu barədə danışıb. 

Nevroloqun fikirləri ilə ətraflı videoda tanış ola bilərsiniz.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR