XƏBƏR

İllərdir olan xroniki problemlərə görə bunları etmək olmaz - LOR həkimdən TÖVSİYƏLƏR-VİDEO

date 10 Aprel 2020

İllərdir olan xroniki problemlərə görə bunları etmək olmaz - LOR həkimdən TÖVSİYƏLƏR-VİDEO

Pandemiya, karantin rejimi dövründə xırda şikayətlərə görə, xəstəxanaya getmək düzgün deyil. Belə bir zamanda illərdir davam edən xroniki problemlərlə bağlı cərrahiyyə əməliyyatlarının icra olunması yolverilməz olar.

Bunu e-tibb.az-a video açıqlamasında qulaq, burun, boğaz, baş və boyun cərrahı, uzman həkim Aydın Talışinski deyib:

“Bugünlərdə bir xəstə müraciət etmişdi. Deyirdi ki, uzun illərdir nəfəsalmada poblemi var. İşlə bağlı yaranan fasilədən istifadə edərək əməliyyat olunmaq istəyir. Belə hallara əsla yol vermək olmaz. Bu dövrdə təcili olmayan xəstəliklərlə bağlı əməliyyatların aparılması məqsədəuyğun deyil. Bu, tətil deyil, karantin dövrüdür, xüsusi bir rejimdir onun qaydalarına riayət etmək lazımdır”.

Mütəxəssis, pandemiya, karantin rejimi dövründə davranış qaydaları, infeksiyadan qorunmaqla bağlı bir sıra tövsiyələr verib.

Ətraflı videoda tanış ola bilərsiniz.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR