XƏBƏR

İlin sonuna kimi bütün tibb müəssisələri publik hüquqi şəxs olacaq

date 20 Sentyabr 2019

İlin sonuna kimi bütün tibb müəssisələri publik hüquqi şəxs olacaq

Səhiyyə Nazirliyi tərəfindən bütün tibb müəssisələri publik hüquqi şəxsə çevrilir. İlin sonuna qədər bu proses bitəcək.

APA-nın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, xəstəxanaların publik hüquqi şəxs olması, xəstəxananın pullu xidmətə keçməsi demək deyil: "Xəstəxanaların publik hüquqi şəxs olması onlara maliyyə resurslarını rahat idarə edə bilməsi üçün çeviklik verir, eyni zamanda onlar bununla Agentlikdən və digər qurumlardan vəsait qəbul edə bilirlər”.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR