XƏBƏR

Bakıda UNPSTR-Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi Konqresi keçirilir

date 20 Sentyabr 2019

Bakıda UNPSTR-Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi Konqresi keçirilir

Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi (UNPSTR) və Türk Dünyası Pediatriya Konqresi keçirilir. 

e-tibb.az APA-ya istinadən xəbər verir verir ki, konqres musiqili proqramla başlayıb. Konqresdə yerli və xaricddən gələn mütəxəssilər iştirak ediblər. Konqresdə çıxış edən UNPSTR-in prezidenti Ənvər Həsənoğlu bildirib ki, uşaqlar bizim gələcəyimizdir, bu baxımdan pediatrların işi daha çətindir: "Dünya əhalisi 8 milyard nəfərdir. Bunun da 25 faizi 15 yaşdan aşağı olanlardır. Son illərdə əsas problem qaçqınlardır. Bu problem bir çox ölkədə var. Türkiyədə 4 milyon suriyalı qaçqın var. Onların da yarısı uşaqdır".

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib ki, indiyədək 17 konqresdən 5-i Azərbaycanda keçirilib. N. Quliyev konqresin işinə uğurlar arzulayıb və qeyd edib ki, konqresdə müzakirə olunan mövzular bu gün pediatriyanın əsas məsələlərindəndir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR