XƏBƏR

İkinci dəfə virusa yoluxanda nə baş verir?

date 31 Avqust 2020

İkinci dəfə virusa yoluxanda nə baş verir?

Koronavirusa-COVID-19-a ikinci dəfə yoluxan gəncdə virusun genetik ardıcıllığında fərqlər ortaya çıxıb.

e-tibb.az xəbər verir ki, “The Lancet” jurnalında dərc olunan məlumata görə, ABŞ-da iki dəfə koronavirusa yoluxan 25 yaşlı gəncdə Covid-19 viruslarının genetik ardıcıllığının fərqli olduğu sübut edilib. ABŞ-ın Nevada ştatının Reno şəhərində yaşayan 25 yaşlı şəxs aprel ayının ortalarında və mayın sonunda olmaqla, iki dəfə yeni  növ koronavirusa yoluxub. Martın sonundan başlayaraq boğaz ağrısı, öskürək, baş ağrısı, ürəkbulanma və ishal kimi simptomları olan xəstəyə aprel ayının ortalarında COVID-19 diaqnozu qoyulub.

Alimlər, aprelin 27-dək sağalmış və may ayında covid-19 analizi neqativ çıxan xəstənin mayın sonunda yenidən xəstələndiyini və qızdırma, baş ağrısı, başgicəllənmə, öskürək, ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya müraciət etdiyini qeyd ediblər. Döş qəfəsi Rentgeni olununandan sonra xəstə evə göndərilib. Ancaq 5 gün sonra yenidən həkimə müraciət edən gəncin qanında oksigenin azaldığı müəyyən edilib. Əzələ ağrısı və nəfəs darlığı simptomları ilə xəstəxanaya yerləşdirilən xəstəyə oksigen dəstəyinə ehtiyacı olan sətəlcəm diaqnozu qoyulub. Bu dəfə COVID-19 testi pozitiv olub.

Mütəxəssislər iki yoluxma ilə bağlı xəstədən götürülən analizə əsasən, virusun genetik ardıcıllığını araşdıraraq virusların bir-birlərindən fərqli inkişaf etdiyini müəyyən ediblər. Növbəti dəfə koronavirus infeksiyasından sağaln xəstə evə yazılıb. Alimlər bildirib ki, bu fakt hətta gənc və zahirən sağlam insanlarda ikinci yoluxmanın birincidən daha ağır keçmə faktını da ortaya çıxarıb.

Qeyd edək ki, indiyi kimi COVID-19-a Honkonqda, Hollandiya və Belçikada ikinci dəfə yoluxma halları qeydə alınıb.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR