XƏBƏR

İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun adı dəyişdirilib

date 19 May 2019

İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun adı dəyişdirilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar verib.

ONA-nın məlumatına görə, qərara əsasən, Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun adı dəyişdirilib.

İnstitutun yeni adı Milli İdman Tibb və Reabilitasiya İnstitutu olub.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR