XƏBƏR

İcbari tibbi sığorta mədəkiçiltmə əməliyyatlarına şamil olunmayacaq

date 18 May 2019

İcbari tibbi sığorta mədəkiçiltmə əməliyyatlarına şamil olunmayacaq

"Tibbi sığorta 3 ilə yaxındır ki, pilot layihə kimi müxtəlif rayonlarda icra olunur və 2020-ci ilin yanvar ayının birindən bütün ölkə üzrə tətbiq olunmağa başlayacaq". 

ONA xəbər verir ki, bunu 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə konqresində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov deyib. O bildirib ki, ilkin dövrdə icbari tibbi sığorta zərfində bariatrik cərrahiyyə (artıq çəkiyə qarşı cərrahi yolla müdaxilə) ilə bağlı heç bir təminat nəzərdə tutulmur.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR