XƏBƏR

Avokadonun daha bir faydası aşkarlanıb-ARAŞDIRMA

date 17 Dekabr 2020

Avokadonun daha bir faydası aşkarlanıb-ARAŞDIRMA

Gündəlik avokado yeməyin bağırsaq sağlamlığına müsbət təsir göstərdiyi məlum olub.

e-tibb.az xəbər verir ki, ABŞ-ın İllinoys Universitetində aparılan bir araşdırmada hər gün avokado yeməyin bağırsaqlardakı faydalı bakteriyaları qidalandırdığı müşahidə olunub.

Nəticələri "Journal of Nutrition"da dərc olunan araşdırma çərçivəsində 25-45 yaş arasında 163 artıq çəkili və piylənmədən əziyyət çəkən yetkin şəxs izlənilib. İki qrupa bölünən həmin subyektlərin bir hissəsi səhər yeməyi, nahar və ya şam yeməyindən birinin əvəzinə bir ədəd avokado yeyib.

12 həftəlik tədqiqat zamanı hər iki qrupdan qan, sidik və nəcis nümunələri toplanıb və nə qədər yemək yedikləri, nə yedikləri qeyd edilib. Tədqiqatçılar gündəlik yeməklərinə avokado əlavə edən iştirakçıların lifləri parçalayan və bağırsaq sağlamlığını dəstəkləyən metabolitlər istehsal edən daha faydalı bağırsaq mikroblarına sahib olduqlarını müşahidə ediblər.

Alimlər, eyni zamanda, avokado istifadə edənlərdəin digər qrupdakılardan daha çox mikroflora müxtəlifliyi aşkarlayıblar.

İllinoys Universitetinin professoru Hannah Holscher, tədqiqatın məqsədinin avokadonun mədə-bağırsaq mikroflorası üzərindəki təsirlərini araşdırmaq olduğunu açıqlayıb. O, avokadonun tərkibində olan yağların doymamış, zeytun yağı kimi ürək üçün faydalı yağlar olduğunu deyib: “Məqsədimiz avokado yağları və liflərinin bağırsaq mikroflorasına müsbət təsir etdiyi hipotezini test etmək idi".

Alim orta ölçülü bir avokadoda təxminən 12 gram lif olduğunu, bunun gündəlik qəbul edilməsi tövsiyə edilən 28-34 qram lifin ən azı yarısını təmin etdiyini vurğulayıb.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR