XƏBƏR

Hamilələrdə yüksək təzyiq: Bu əlamətlər varsa...

date 10 Avqust 2019

Hamilələrdə yüksək təzyiq: Bu əlamətlər varsa...

Yüksək təzyiq həmişə önəmli sağlamlıq problemlidir, amma hamiləlik zamanı müşahidəsi daha ciddi problemlərə yol aça bilər. Ona görə də bu dövrdə daha təzyiqə çox diqqət edilməlidir. Bunu ginekoloq, uzman həkim Rəxşəndə Aslanova deyib.

Həkim bildirib ki, müxtəlif problemləri özü ilə paralel gətirən təzyiq preeklamsiya adlanan xəstəliyin səbəbi ola bilər: “Əgər hamiləlikdə tez-tez təzyiqiniz yüksəlirsə, həkiminizə müraciət edin. Döl qida və oksigeni anadan alır. Qan təzyiqi yüksək olduqda, ciftə kifayət qədər qan axımı olmur, bu, onun ehtiyac duyduğu qida və oksigeni almamasına gətirir və nəticədə körpənin ana bətnindəki inkişafı axsayır”.

Həkimin sözlərinə görə, hamilələrdə yüksək təzyiq 2 şəkildə olur:

Xroniki hipertoniya (hamiləliklə bağlı olmayıb daha öncə də müşahidə olunub və hamiləlikdən sonra da müşahidə olunacaq)

Gestational təzyiq (hamiləliklə bağlı olub, hamiləliyin 2-ci yarısında əmələ gəlir və hamiləlik bitdikdən sonra normallaşır). Gestational təzyiq vaxtında müalicə olunmayanda preeklamsiyaya gətirib çıxarır.

Preeklamsiyanın simptomları isə aşağıdakılardır:

Şiddətli baş ağrısı

Sürətli çəki artımı

Əllərdə və üzdə şişkinlik

Görmə qabiliyyətinin zəifləməsi

Mütəxəssis vurğulayıb ki, preeklamsiya keçirən hamilənin hər zaman nəzarət altında olması lazımdır: “Bunun üçün ən yaxşı çıxış yolu pasientin klinikaya yatırılması ola bilər. Belə ki, xəstəlik körpənin vaxtından tez doğulmasına səbəb ola bilər. Belə pasientlərin böyrək problemləri varsa, bunu mütləq həkimlərinə bildirməli, tez-tez təzyiqlərini ölçməli və şəkillərini kontrol altında saxlamalıdırlar”.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR