XƏBƏR

Kimlərə üzüm yemək olmaz?

date 10 Avqust 2019

Kimlərə üzüm yemək olmaz?

Üzüm demək olar ki, hər kəsin xoşladığı məhsuldur. Onun faydaları isə saymaqla bitməz. Lakin bəzi xəstəliklər zamanı üzüm fayda deyil, ziyan vura bilər.

Ümumi cərrah-proktoloq Ellada Manafova hansı problemlər zamanı üzüm yeməyin ziyanlı olduğunu açıqlayıb.

Hansı xəstəliklər və pozulmalar zamanı üzüm yemək olmaz?

1. Şəkərlə zəngin olan üzümü şəkərli diabet zamanı yemək tövsiyə edilmir.

2. Piylənmədən əziyyət çəkənlər də bu meyvədən imtina etməlidir. Çünki orqanizmdə şəkər piyə çevrilir.

3. Üzüm faydalı orqanik turşularla zəngindir, lakin mədə və 12 barmaq bağırsaq xorası xəstəliyi zamanı bu turşular xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.

4. Üzüm sağlam qaraciyər üçün çox faydalıdır. Ancaq bəzi qaraciyər xəstəlikləri zamanı (xüsusilə ağır qaraciyər sirrozu) üzüm yeyilməsi arzuolunan sayılmır.

5. İshal zamanı üzüm yemək olmaz.

6. Kolit (düz bağırsağı iltihabı) zamanı da üzüm arzuolunmaz sayılır.

7. Bəzi xroniki böyrək xəstəlikləri.

8. Öd kisəsinin irinli iltihabı.

9. Həzm sisteminin onkoloji xəstəlikləri.

10. Vərəmin son mərhələləri.

11. Allergiyalar.

Mütəxəssis bildirib ki, istənilən halda, hətta sağlam insanlar belə, çoxlu miqdarda üzüm yeməməlidir. Bu qarında ağrılara, ağırlığa, köpə səbəb ola bilər. Üzümü qida qəbulundan dərhal sonra deyil, 1,5-2 saat sonra yeyin.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR