XƏBƏR

Hamilələr koronavirusdan necə qorunmalı, yoluxduqda nə etməldirlər? -Ginekoloqdan TÖVSİYƏLƏR

date 3 Mart 2020

Hamilələr koronavirusdan necə qorunmalı, yoluxduqda nə etməldirlər? -Ginekoloqdan TÖVSİYƏLƏR

Bu an üçün hamiləlikdə koronavirus infeksiyası ilə bağlı çox geniş məlumatlar yoxdur. Bütün tövsiyələr SARS və MERS CoV və az miqdarda Covid 19-a yoluxan hamilə gruplarına əsasən tərtib edilib.

e-tibb.az xəbər verir ki, bunu cərrah-ginekoloq, uzman həkim Rəşad İsmayılzadə açıqlayıb.

Onun sözlərinə görə, viruslarla bağlı hamilələr daha yüksək risk kateogriyasındadır. Gələcək analar xəstəliyin ağırlığı, xəstəliyə yoluxma (morbidite) və ölüm (mortalite) cəhətdən daha yüksək riskdədirlər. Yoluxmuş bəzi xəstələrdə vaxtından əvvəl doğuş və düşüklər aşkarlanıb, amma bunun məhz xəstəliyə bağlı olub-olmadığı bilinmir.

Ginekoloq bildirib ki, Covid19-a yoluxan və ya yoluxma baxımından şübhəli sayılan hamilələr izolə edilmiş otaqlarda saxlanmalıdır.

Mütəxəssis onu da qeyd edib ki, Covid 2019-un plasenta ilə keçib-keçmədiyi bilinmir. Covid 19-a yoluxan hamilələrdən doğulan az sayda uşaqda Covid-19 analizi neqativ çıxıb. Lakin yenidoğulmuş bir neçə uşaqda Covid 19 analizinin cavabı müsbət olub. Amma infeksiyaların uşaqlara prenatal dövrdə və ya daha sonra keçdiyi naməlumdur.

R. İsmayılzadə vurğulayıb ki, Covid 19-a yoluxan analar və doğulan uşaqlar izolə edilməlidir. Ginekoloq, belə hallarda uşağa süd verilməsini kəsmək üçün heç bir səbəb görünmədiyini vuğulayıb. Virusun südlə keçməsindən daha çox, onun süd vermə zamanı tənəffüs yolu ilə yoluxdurulması daha inandırıcıdır. Süd toplama və süd vermə zamanı təmizliyə xüsusi diqqət yetirilməlidir.

Həkim, hamilələrə qapalı, hava sirkulasiyasının olmadığı, çox adamın olduğu mühtlərdən (alış-veriş mərkəzləri, toy və s. kimi yerlər) uzaq durmağı, əllərini tez-tez yumağı, olduqları otağı havalandırmağı və boş-boşuna maska taxmamağı tövsiyə edib.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR