XƏBƏR

Eşitmənin pozulmasının əsas səbəbləri

date 3 Mart 2020

Eşitmənin pozulmasının əsas səbəbləri

3 Mart Beynəlxalq Qulaq və eşitmə sağlamlığı Günü kimi qeyd olunur.

e-tibb.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada karlıqdan və eşitmə pozulmalarından təxminən 365 milyon nəfər əziyyət çəkir.

Məlumatda bildirilir ki, eşitmə qabiliyyətini azaldan səbəblər çoxdur. Buraya qan-damar sistemi xəstəlikləri, infeksion xəstəliklər, travmalar (əsasən - məişət və nəqliyyat), toksiki təsirlər (ən çox dərman preparatlarının təsiri), ekoloji çirklənmələr, səs-küylər (telefon, mikrofonlar, səs gücləndirici cihazlar) və sair aid edilir.

Həkimlərin rəyinə əsasən, baş verən karlıq və pis eşitmənin yarısını aradan qaldırmaq mümkündür. Qabaqlayıcı tədbirlər sırasına əhalinin immunizasiyası, ana və uşağın sağlamlığının qorunması, əmək gigiyenasının tələblərinə əməl olunması daxildir.

Ümumdünya Səhiyyə Təşkilatı onunla tərəfdaşlıq edən ölkələrdə gəncləri və onların ailələrini sonralar eşitmənin pozulmasına aparıb çıxaran güclü səs-küydən uzaq olmağa və dövlətləri həmin problemin qarşısını almağa diqqət ayırmağa çağırır.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR