XƏBƏR

Gündə bir kasa qatıq nədən qoruyur?

date 28 Oktyabr 2019

Gündə bir kasa qatıq nədən qoruyur?

Yeni araşdırmalara görə, gündə bir kasa qatıq və liflə zəngin qidaların qəbulu ağ ciyər xərçəngi riskini azaldır.

e-tibb.az-ın xəbərinə görə, ABŞ-ın Vanderbilt Universitetinin Tibb Mərkəzində mütəxəssislərin apardığı araşdırmada ABŞ, Avropa və Asiyadan olan 1,4 milyon yetkinlik yaşına çatan şəxsin sağlamlıq durumları araşdırılıb.

Hər gün qatıq və liflə zəngin qidalar qəbul edənlərdə bu qidaları heç yeməyənlərlə müqayisədə ağciyər xərçəngi riskinin 33 faiz daha az olduğu üzə çıxıb.

Gündə bir kasa qatıq yeyənlərdə heç yeməyənlərlə müqayisədə ağciyər xərçənginə 20 faiz az rast gəlindiyi məlum olub.

Qeyd olunub ki, liflə zəngin qidalar və qatığın ürək-damar xəstəlikləri və həzm sistemi orqanları xərçənginə qarşı qoruyucu olduğu daha əvvəl isbatlanıb.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR