XƏBƏR

Azərbaycanda mədə kiçiltmə əməliyyatlarının sayı açıqlanıb

date 28 Oktyabr 2019

Azərbaycanda mədə kiçiltmə əməliyyatlarının sayı açıqlanıb

Dünyada 2018-20019-cu illərdə orta hesabla 834 000 müxtəlif növ bariatrik-metabolik cərrahi əməliyyat aparılıb. Bunlardan 390000 (47%) mədənin boylama rezeksiyası (Sleeve gastrectomy) əməliyyatıdır.

e-tibb.az-ın xəbərinə görə, bunu Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərov Türkiyənin Antalya  şəhərində keçirilən Metabolik Xəstəliklər Konqresi, Milli Metabolik və Bariatrik Dietologiya Kinqresi və 31-ci Beynəlxalq Bariatrik Klub Simpoziumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanda son 6 ildə 3000-ə yaxın bariatrik-metabolik cərrahi əməliyyat icra olunub. Bunlardan təxminən 80-85% mədənin boylama rezeksiyası (Sleeveg gastrectomy) əməliyyatıdır.

Qeyd edək ki, toplantıya dünyanın 20-dən çox ölkəsindən 1000-dən çox iştirakçı qatılıb.

Tədbirdə Azərbaycandan T. Ömərovla yanaşı AMEA-nın müxbir üzvü, ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov, ATU-nun II cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Elçin Abdinov, ATU-nun III cərrahi xəstəliklər kafedrasının əməkdaşları E.Nəbiyev, E.Rzayev, dietoloq T.Zeynalova, dietoloq İ.Şamilov iştirak və çıxış ediblər.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR