XƏBƏR

Gözləri qoruyan eynək şüşələri hansılardır?

date 16 İyun 2020

Gözləri qoruyan eynək şüşələri hansılardır?

Gözləri qorumaq, xüsusilə yay aylarında Günəş şüalarından qorunmaq üçün düzgün eynək seçmək lazımdır. Əslində mütəxəssislər ilin bütün fəsillərində gözləri qorumaq üçün eynəklərdən istifadə etməyi tövsiyə etsələr də, bu məsələ yay aylarında daha çox aktuallaşır. Bəs gözləri qorumaq üçün hansı eynəklərə üstünlük verilməlidir?   

Oftalmoloq, uzman həkim Mehriban Əlizadə e-tibb.az-ın sualına cavab olaraq bunları açıqlayıb:

Gözü qorumaq məqsədilə təyin olunan eynəklər polikarbonat və ya triveks şüşələrdən (linzalardan) hazırlanır. Bu linzalar görməni artırmaq üçün təyin olunan eynəklərdə, Günəş gözlüklərində, idman gözlüklərində istifadə olunur. Həm polikarbonat, həm də triveks şüşələr normal eynək şüşələrinə nisbətən həm yüngüldür, həm də incədir. Bu eynək şüşələri həm də 100 faiz Günəşin ultrabənövşəyi şualarından gözləri qoruyur, digər eynək şüşələrinə (linzalara) nisbətən 10 qat daha artıq zərbəyə davamlıdır. Məhz bu səbəbdən uşaqlara təyin olunan eynəklərin şüşələrinin hazırlanmasında istifadə olunarsa, daha etibarlı olar.

Bir gözündə problem olan xəstələr, yəni bir gözü travma ilə bağlı çox az görənlər və ya gözü protez olanlara sağlam gözü qorumaq üçün polikarbonat və ya triveks şüşəli gözlük təyin edilir. Əgər polikarbonat və triveks şüşələrin (linzaların) üzərinə alavə olaraq antirefle (şüanı əks etdirən) örtük çəkilərsə, daha aydın görüntü olar. Antirefle örtüklü gözlüklər gecə maşın sürənlərdə qarşıdan gələn maşının işığının gözü qamaşdırmasını və ya zəif işıqlarda olan işıq yansımalarının qarşısını alır...

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR