XƏBƏR

Düzgün istifadə etmədikdə gözlərdə iltihab, üzdə səpgi və qaşınma yaradır

date 15 İyun 2020

Düzgün istifadə etmədikdə gözlərdə iltihab, üzdə səpgi və qaşınma yaradır

Virusdan qorunmaq üçün taxılan maskalardan düzgün istifadə etməmək gözlərdə və üz dərisində xəstəliklər yarada bilər. COVID-19-dan qorunmaq üçün eyni maskadan bir dəfədən artıq istifadə göz yaşı yolu iltihabı, dəridə səpgi və qaşıntılara səbəb olur.

e-tibb.az xəbər verir ki, İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin İnfeksion xəstəliklər və klinik mikrobiologiya kafedrasının müəllimi Rıdvan Karaali bildirib ki, tibbi maskalar birdəfəlikdir və onlardan lazım olduğu müddətdə istifadə edilməlidir. Dünya Səhiyyə Təşkilatının virusdan qorunmaq üçün parça maskaların da istifadəsini tövsiyə etdiyini xatırladan mütəxəssis deyib ki, onların da istifadə müddəti bəzi faktorlara görə dəyişə bilir. Onun sözlərinə görə qısa zamanda istifadə edilsə belə maskanı taxan şəxs bu müddətdə tərləyibsə və maska islanıbsa, onu bir daha istifadə etməmək lazımdır: "Maska taxılınandan sonra üzərinə qətiyyən toxunmaq olmaz. Çünki üzərində virus ola bilər. Eyni zamanda ön hissədə göz iltihabına səbəb olan başqa viruslar toplana bilər. Maskaya toxunub sonra gözə əl vursaq, infesksiyanı öz əlimizlə yaymış olarıq".

Onun sözlərinə görə, fiziki işlə məşğul olanlar tez tərlədiklərinə görə, maska nəmlənən kimi onu dəyişmək lazımdır: “Havaların çox isti olduğu yay aylarında maska tez islandığına görə, onu qətiyyən bir daha taxmaq olmaz. Cərrahi maskalar yuyulub yenidən istifadə üçün nəzərdə tutulmur. Amma parça maskaları yuyub, qurudub yenidən taxmaq olar”.

Həkim bildirib ki, maskanı çıxarandan sonra qatlayıb cibə qoymaq yanlışdır: “Maskanın ön hissəsi kirli olaraq qəbul edilməlidir. Ora əllə toxunmaq olmaz. Toxunsaq belə əlimizi su, sabunla yumalı, ya da dezinfeksiaedici məhlulla silməliyik”.

Mütəxəssis deyib ki, rezinli maska taxanlar yayda daha çox diqqətli olmalıdırlar. Onun sözlərinə görə, belə maskalar böyük üzlərdə daha çox tərləmə və qulaq arxasında qaşıntı yaradar. Ona görə də maska üzün ölçüsünə uyğun seçilməlidir. Onun darlğı və genişliyinə diqqət olunmalıdır. Maskanın rezini, ipləri qulaq arxasında zədə yaradırsa, o zaman iplə başın arxasında bağlanan maska istifadə olunmalıdır: “Bu il ərzində maskayla yaşayacağıq, ona görə də düzgün istifadə etməyi öyrənməliyik”.

Onun sözlərinə görə, iki-üç qatlı pambıq maskalar qoruyuculuq baxımından daha yaxşıdır. İnfeksionist onu da bildirib ki, pambıq maskalar üzünü yeni təraş edən kişllərdə daha çox tüklənmə yarada bilər. Bu isə bir müddət sonra qaşınmaya və istər-istəməz üzə tez-tez toxunmağa səbəb ola bilər: “Belə hallarda fərqli maskalar seçmək olar. Ümumiyytlə, parça olmayan maskalar taxılanda kişilər belə bir problemlə qarşılaşa bilər”.

O, həssas dəri problem olanlara daha çox parça maska taxmağı tövsiyə edib: “Qaşınma halı maskanın üzərinə toxunmağımıza və bununla da virusa yoluxma riskinin artmasına səbəb ola bilər”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR