XƏBƏR

Eşitmə qüsurlu 5 uşaq koxlear implant əməliyyatı edilib

date 29 Mart 2019

Eşitmə qüsurlu 5 uşaq koxlear implant əməliyyatı edilib

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) bir gündə eşitmə problemi olan beş uşaq üzərində koxlear implantasiya əməliyyatı aparılıb.

RMDM-dən verilən məlumata görə, 1-4 yaşda xəstələr üzərində koxlear implant əməliyyatları mərkəzin otorinolarinqoloq-cərrahı Tural Hüseynov tərəfindən uğurla həyata keçirilib.

Xəstələrin beşində də ikitərəfli anadangəlmə eşitmə qüsuru olub. Koxlear implantasiya əməliyyatları sırasında xəstələrdə zəruri testlər aparılıb, onlarda eşitmə sinirindən impuls alınıb və implantların normal çalışdığı təsbit edilib.

Bir gün sonra evə yazılan pasientlərə bir ay sonra implantların xarici parçasının taxılması planlaşdırılıb.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR