XƏBƏR

​​​​​​​Ən məşhur idman hərəkəti sağlamlıq üçün çox təhlükəliymiş

date 21 Yanvar 2019

​​​​​​​Ən məşhur idman hərəkəti sağlamlıq üçün çox təhlükəliymiş

Ən məşhur fiziki hərəkətlərdən olan qarın əzələlərinin gücləndirilməsi - bükülmə ("press" kimi tanıdığımız) insan sağlamlığı üçün çox təhlükəliymiş.

e-tibb.az saytının "Daily Mail"-ə istinadən verdiyi xəbərə görə, həkimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bükülmə hərəkəti zamanı insanlar ağır xəsarətlər ala bilərlər.

İdman zamanı bu hərəkətdən istifadə edən şəxslərin 3/1-i xəstəxanalıq olur.

Həkimlər qeyd edir ki, bədənin bükülməsi hərəkəti ağır xəsarətlərə gətirib çıxarır, hətta bir müddət hərəkət qabiliyyətinin itirilməsi ilə nəticlənir.

Burada söhbət, əsasən, bel nahiyəsində onurğanın zədənməsindən gedir: Gərgin və çox sıxılmış əzələlər beli qabağa, eyni zamanda çanaq sümüyünü arxaya çəkə bilər ki, bu da kifayət qədər ağrılı zədələrə səbəb olur.

Həkimlər bükülmə hərəkətini “planka” ilə əvəz etməyi məsləhət görürlər. “Planka” da qarın əzələlərinin formaya salır. Həkimlərin sözlərinə görə, bu hərəkət zamanı onurğa sütunu təbii vəziyyətində qalır.

2015-ci ildən ABŞ ordusunda bükülmə hərəkətindən imtina edilib.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR