MÜSAHIBƏ

Süd vəzində düyün olub-olmadığını belə yoxlayın - MÜSAHİBƏ-VİDEO

date 21 Yanvar 2019

Süd vəzində düyün olub-olmadığını belə yoxlayın - MÜSAHİBƏ-VİDEO

Süd vəzi xərçəngi artıq bütün dünyanın ciddi probleminə çevrilib. Xəstəliyin yayılma sürəti və əhatəsi beynəlxalq səhiyyə təşkilatlarını ciddi narahat edir.

Bundan başqa, indi süd vəzlərinə slikonlar qoyduran qadınlar xeyli saydadır. Və bu "silikon döşlər"i müayinə edərək süd vəzlərində düyün olub-olmadığını müəyyənləşdirmək çətindir. Hansı ki, həkimlər dönə-dönə çağırış edir ki, qadınlar özlərini tez-tez yoxlasınlar, düyün aşkar olunarsa, həkimə müraciət etsinlər.

Bundan başqa, mastopatiyanın da sonradan süd vəzi xərçənginə çevrilməsi barədə təzadlı fikirlər mövcuddur.

Qadın süd vəzi xərçəngi olduğundan necə şübhələnməlidir? Hansı hallarda həkimə müraciət olunmalıdır? Hansı yaşlarda USM, mammoqrafiya müayinələrindən keçmək vacib sayılır?

e-tibb.az-ın bu və digər suallarına Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və terapiyası kafedrasının müəllimi, Tədris Terapevtik Klinikasının mammoloq-radioloqu Günel Qəmbərova cavab verir. Həkim eyni zamanda qadınlara süd vəzini yoxlama metodunu da öyrədir.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR