XƏBƏR

Əkiz hamiləliyi olan 42 yaşlı qadın kəskin appendisitdən əməliyyat olunub

date 9 Yanvar 2020

Əkiz hamiləliyi olan 42 yaşlı qadın kəskin appendisitdən əməliyyat olunub

Bakıda süni mayalanma ilə əkiz hamilə qalan qadın kəskin appendisitdən əməliyyat edilib.

e-tibb.az xəbər vetir ki, bu barədə "Caspian İnternational Hospital"ın açıqladığı məlumatda bildirilir.

42 yaşlı, suni mayalanma ilə hamilə qalan, 22 həftəlik əkiz dölə sahib olan qadın kəskin ağrı ilə “Caspian İnternational Hospital”a müraciət edib. Aparılan müayinələr zamanı xəstəyə kəskin qanqrenoz appendist və yayılmış peritonit diaqnozu qoyuldu.

Dərhal cərrah-laparoskopist Elçin Əzizov tərəfindən hamilə qadından laparoskopiya əməliyyatı ilə qanqrenoz çürümüş appendist xaric olunub. Laparoskopiya əməliyyatı tətbiq edildikdən sonra xəstənin qarın boşluğu lazımı qədər təmizlənib.

Cərrah E. Əziziov belə xəstələrdə laparoskopik üsulun əvəzolunmaz olduğunu vurğulayıb.

Vəziyyəti yaxşılaşan qadın evə yazılıb.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR