XƏBƏR

Bitişik əkiz bacılar əməliyyatla ayrılıb

date 9 Yanvar 2020

Bitişik əkiz bacılar əməliyyatla ayrılıb

Sinə və qarın hissədən bitişik doğulan əkiz bacılar əməliyyatla ayrılıb.

e-tibb.az CNN-ə istinadən xəbər verir ki, bu qeyri-adi əməliytat Nigeriyanın paytaxtı Abuca şəhərində baş tutub.

78 nəfərdən ibarət heyət tərəfindən həyata keçirilən əməliyyat uğurla nəticələnib. Əkiz bacıların ayrılması prosesi 13 saat davam edib.

Əməliyyatda iştirak edən həkim heyətinə rəhbərlik edən pediatr Emmanuel Amehin sözlərinə görə, əməliyyatdan 6 həftə sonra uşaqlar evə yazılıb.

Əkizlərin ayrılması əməliyyatı keçən ilin noyabrında həyata keçirilsə də, təfərrüatlar yenicə açıqlanıb, çünki xəstəxana əməliyyatdan sonra hər hansı bir problemin yaranmayacağına əmin olmaq istəyib.

Xəstəxana sözçüsü bu barədə danışarkən “Cərrahi əməliyyatı həyata keçirən bütün həkim heyətinin Nigeriyalı olması bizim üçün çox xoş və qürurverici haldır. Əməliyyat Nigeriyada həyata keçirildi və valideynlər xaricə getmək məcburiyyətində qalmadı”, - deyə bildirib.

Əkizlərin valideynlərinin bu əməliyyata maddi cəhətdən imkanı yetmədiyinə görə, minlərlə dollara başa gələn ayırma əməliyyatı ödənişsiz həyata keçirilib. 

 Nigerian conjoined twins successfully separated by 78-member team in Abuja - PHOTO

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR