XƏBƏR

Dünyada 450 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir

date 10 Oktyabr 2019

Dünyada 450 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 450 milyondan çox insan psixi xəstəlikdən əziyyət çəkir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) açıqladığı məlumatda bildirilir ki, ÜST-nin hesablamalarına görə, fövqəladə hallarda psixi pozuntu göstəriciləri bir qayda olaraq 2 dəfə artır.

Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir.

Hər il oktyabrın 10-u dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Bu gün 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan ümumdünya və beynəlxalq günlər siyahısına daxil edilib.

Ümumdünya Psixi Sağlamlıq Gününün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir.

Bu gün psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində qlobal səviyyədə daha çox açıq müzakirələrə imkan yaradır. Eləcə də psixoloji xəstəliklər, psixi pozğunluğun profilaktikası və müalicə xidmətlərinə sərmayə yatırılmasını stimullaşdırmaq üçün müəyyən tədbirlər görülür.

Bu il Ümumdünya Psixi Sağlamlıq Günü diqqəti yaşlı insanlara yönəldir, bu problemlər barədə məlumatlılığı artırmaq və problemlərin öhdəsindən gəlmək imkanını təklif edir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR