XƏBƏR

Dövriyyədə keyfiyyətsiz şprislər varmı?-  RƏSMİ CAVAB

date 5 Noyabr 2019

Dövriyyədə keyfiyyətsiz şprislər varmı?-  RƏSMİ CAVAB

Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlar yer alıb.

e-tibb.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, mərkəzə heç bir vətəndaşdan standartlara uyğun olmayan şprislərlə bağlı şikayət daxil olmayıb. Tövsiyə edilir ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun “qaynar xətt” nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına ([email protected]) yazaraq və ya AEM-in “Bir Pəncərə” xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər. Hər bir şikayət dərhal araşdırılacaq.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR