XƏBƏR

Dənizdə, hovuzda çimərkən bunu edin! - LOR həkimdən XƏBƏRDARLIQ   

date 4 İyul 2019

Dənizdə, hovuzda çimərkən bunu edin! - LOR həkimdən XƏBƏRDARLIQ   

Dəniz mövsümü və hovuz əyləncələrinin başladığı yay aylarında qulaqda xarici otit xəstəliyinin artımı müşahidə edilir.

Bunu qulaq, burun, boğaz, baş və boyun cərrahiyyəsi uzmanı Elnur Əkbərov bildirib.

Həkim qeyd edib ki, bu, bakteriyaların suda geniş yayılması səbəbindən baş verir.

Xarici otitin əlamətləri qulaqda qaşınma, ağrı, tutulma, axıntı şəklindədir. Qulaq ağrısı boyun və göz ətrafına yayıla bilər. Xarici qulaq yoluna toxunmaq və ya hərəkət etdirmək ağrını artıra bilər. Bu əlamətlər müşahidə edilərsə, dərhal həkimə müraciət etməyiniz zəruridir. Hovuz yaxud dənizdə çimərkən xüsusi qulaq tıxaclarından istifadə edin. İlkin yardım olaraq ağrıkəsici qəbul etməyiniz məsləhətdir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR