XƏBƏR

COVID-dən sağalanların hamısında virusa qarşı antitel yaranır? - VİDEO

date 17 İyul 2020

COVID-dən sağalanların hamısında virusa qarşı antitel yaranır? - VİDEO

İndiyə kimi Azərbaycanda 110 COVİD-19 xəstəsinə immun plazma (Convolessent plazma) köçürülüb.

e-tibb.az xəbər verir ki, bunu hematoloq, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əməkdaşı Şəhla Şabanova APA TV-nin “Öncə sağlıq” proqramında deyib. Onun sözlərinə görə, indiyə kimi Milli Hematologiya və Transfuziologiya Mərkəzinə COVİD infeksiyasından sağalmış 60-dan çox donor müraciət edib. Amma müvafiq kriteriyaları nəzərə alaraq 47 donordan plazma toplanlıb. Toplanan plazma 110 xəstəyə köçürülüb.

İmmun plazma müalicəsinin hər xəstədə müsbət nəticə vermədiyini deyən həkim, əksər xəstələrdə nəticənin müsbət olduğunu bildirib. Onun sözlərinə görə, plazma daha çox ağır durumda olan, dərman müalicəsindən fayda görməyən xəstələrə köçürülür.

Plazma donoru olaraq sağalan xəstələrdən 18-60 yaş arasında olanlar seçilir. COVID xəstəsi sağalandan iki həftə sonra müvafiq analizlərdən keçir və donor olaraq seçilir. Donor olaraq daha çox kişilərə üstünlük verilir. Həkimin sözlərinə görə, çünki qadınlarda hamiləlik varsa, doğuş keçirmiş olarlarsa, yenidən anticimlər yaranır və bu halda plazma toplanması o qədər də məqəsəduyğun sayılmır. Bundan başqa, plazma yanaşı xəstəliyi olmayan və mütəmadi dərman qəbul etməyən xəstələrdən toplanlır.

Sağalan xəstələrin qanında bu xəstəliklə mübarizə aparan antitellər, antiscimlər yarandığını qeyd edən hematoloq onu da bildirib ki, hər plazmada yüksək miqdarda immunoqlobilin aşkarlanmır: “Dünya alimlərinin də bildirdiyinə görə, xəstəliyi keçirənlərdə davamlı immunitet yaranmır. İmmunoqlobilıin-C testi ilə plazmanın antitellə nə qədər zəngin olub- olmadığını yoxlayırıq. Antiteli yüksək olmayan donordan plazma toplanmır. Çünki həmin plazma faydalı olmur. Antitel sayı normadan aşağı olan plazmanı köçürsək, nəticəsi olmaz”.

Proqramın digər qonağı - infeksionst, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkimi, TƏBİB-in İnfeksion Xəstəliklər üzrə İşçi Qrupunun üzvü Turan İbrahimovanın sözlərinə görə, indiyə kimi dünya praktikasında daha çox ağır, süni tənəffüsə ehtiyacı olanlara immun-plazma köçürülməsi məqsədəuyğun sayılırdısa, indi bu, orta-ağır pasientlərə də tövsiyə olunur. Hesab edilir ki, bu müalicəyə nə qədər tez başlansa bir o qədər tez həyat xilas edə bilər.

Həkim onu da qeyd edib ki, xəstəliyi yüngül keçirənlərin təxminən 30 faizində virusa qarşı antitel yaranmır.

Mütəxəssislərin fikirləri ilə ətraflı videoda tanış olun:

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR