XƏBƏR

Burun-boğaz və gözlərdə yaranan  allergiyalar: "Çox zaman yanlış diaqnoz qoyulur"-VİDEO

date 30 May 2020

Burun-boğaz və gözlərdə yaranan allergiyalar: "Çox zaman yanlış diaqnoz qoyulur"-VİDEO

"Allergiya bədəndə ümumi gedən patoloji prosesdir, orqanizmin allergen olaraq tanıdğı maddələrlə təması nəticəsində meydana gəlir. Belə bir təmas özünü fərqli təzahürlərlə bildirir. Bu təzahürlər insanlarda, immun sistemin aktivliynə görə dəyişir. Birində allergik dermatit, digərində allergik rinit, birində allergik konyuktivit kimi özünü büruzə verir".

E-tibb.az xəbər verir ki, bunu APA TV-nin “Öncə sağlıq” proqramında Lor-cərrah, uzman həkim Elnur Əkbərov bildirib. Həkim bildirib ki, ümumiyyətlə, insanların 30 faizində allergiya yaranır və bu böyük rəqəmdir, allergiya insan həyatının keyfiyyətinə zərar vurmaqla onu pozur.

Lor-həkim deyib ki, allergik rinit də allergiyanın ən geniş yayılan təzahürlərindəb biridir, burun tutulması, baş ağrıları, yuxunun pozulması, halsızlıq, iybilmənin pozulması, selikli axıntı kimi narahatlıqlar yaradır. Onun sözlərinə görə, allergik rinit müalicə olunmadığı halda burunda poliplərə qədər gətirib çıxarır.

Allergiyanın gözdəki təzahürlərindən danışan oftalmoloq-cərrah Ergün Rəşidəlizadə isə bildirib ki, gözdə allergiyaya çox zaman yanlış diaqnoz qoyulur. Oftalmoloq bildirib ki, xüsuisilə yazda gözdə qaşınma, sulanma, qızartı çox zaman allergiya ilə bağlı olur: “Bəzən isə bunlar nəzərə alınmır və həkim daha ağır xəstəlikləri düşünərək müalicələr aparır. Amma əslində bu adi allergik rekasiya ilə bağlı olur. Düzgün müalicə olsa problemi aradan qaldırmaq mümkündür”.

Həkim onu da bildirib ki, son dövrlər havada uçan pambıqvari cisimlər də allergik reaksiyaların aktivləşməsinə səbəb olur: “Bu pambıqvari cisimlər qovaq ağacının tozudur. Əslində onlar özləri allergen deyil. Amma onların səthi xırda hissəciklərə həssas olduğuna görə havada olan ziyanlı hissəcikləri üzərlərinə toplayırlar. Bu tozlar gözə, nəfəs yollarına düşərək qıcıqlanma yaradır”.

Mütəxəssisin sözlərinə görə, yazda immun sisiteminin zəif olması, daha qıcıqlanmış şəklidə olması allergik reaskiyaların daha ifrat dərəcədə özünü büruzə verməsinə şərait yaradır.

Həkimlərin burun-boğaz və gözlərdə yaranan allergiyalar barədə fikirləri ilə daha ətraflı videoda tanış ola bilərsiniz:

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR