BLOQ

Bunları etməyin! – Analara müraciət

date 14 Oktyabr 2019

Bunları etməyin! – Analara müraciət

Hərarət olan uşağı kompres etməyin.

“Yod kletkası” ümumiyyətlə, çəkməyin

Qarın ağrılarında dərhal ağrıkəsici verməyin, klnik əlamətlər itir və yanılırıq.

Öskürək başlayan kimi öskürəkkəsici verməyin.

Quru öskürəkdə bəlğəmgətirici verməyin.

Allergiyalı uşaqlara bitki tərkibli siroplar verməyin.

Dırnaqlarını yeyən uşağın əllərinə vurmayın, psixoloqa aparın.

Yemək istəməyəni məcbur etməyin, başqa yol axtarın.

Uşağın dırnaqlarını kəsdikdən sonra əllərini yumayacaqsınızsa, elə uzun qalsa yaxşıdır, çünki ehtiyat etdiyiniz qurd yumurtaları daha azad olmuş olur.

“Xəstələnir”, deyib bağçadan uzaqlaşdırmayın, şəraiti pis olan bağçanı dəyişin.

Uşağın gecələr tez yatmağına deyil, səhər tezdən oyanmasına çalışın.

Hərarət olarkən onu 36-dək salmağa çalışmayın, bir neçə dərəcə enməsilə kifayətlənin.

Qız uşaqlarının saçını çox uzatmayın, qalın uzun saçlar boyun nahiyədən başlamış bütün onurğaya yükdür.

Qızların saçını həmişə yana ayırmaqla skolioza şərait yaratmış oluruq.

Uşağın burun axmasına görə hər dəfə “Nazivin” istifadə etməyin, selikli qişa quruluğuna səbəb olacaqsınız və uşaq böyüdükcə bunun əziyyətini çəkəcək...

 

Aytən İsmayılzadə - Həkim-pediatr

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR