XƏBƏR

Bu qadınların uşaqlarının autizm olma riski yüksəkdir

date 5 İyul 2019

Bu qadınların uşaqlarının autizm olma riski yüksəkdir

Autizmin yaranmasının daha bir səbəbi açıqlanıb. Kimyəvi maddələrin təsirinə daha çox məruz qalan, onlarla daimi təmasda olan qadınların uşaqlarının autizm olmaq riski daha yüksək sayılır.

e-tibb.az Türkiyə mediasına istinadən bildirir ki, mütəxəssislərin apardığı son araşdırmaların nəticəsində bu qənaətə gəlinib. Quru təmizləmə, əczaçılıq sənayesində, metal, plastik məmulatların hazırlanmasında istifadə edilən kimyəvi maddələrin dəri, tənəffüs yolu ilə qəbul edildiyi, çoxalma sisteminə, uşağın inkişafına mənfi təsir etdiyi bildirilir.

Daha çox iş yerində kimyəvi maddələrlə çalışan, davamlı olaraq onların təsirinə məruz qalan qadınların uşaqlarının autizm olmaq riski 1,5 dəfə daha artıq sayılır.

Bildirilir ki, son 20 ildə autizmli uşaqların sayında artım qeydə alınır. Dünyada hər 68 uşaqdan birinə autizm diaqnozu qoyulur.  

Autizmin əsas səbəbi hələ məlum olmasa da, hesab olunur ki, burada genetik və ətraf mühit amillərinin rolu var.

Aparılan araşdırmalar nəticəsində autizmin yaranmasında kimyəvi maddələrin də rolunun olduğu qənaətinə gəlinib.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR