XƏBƏR

Avropada LOR cərrahların konqresində müğənnilərdə yaranan səs problemlərindən danışılıb

date 5 İyul 2019

Avropada LOR cərrahların konqresində müğənnilərdə yaranan səs problemlərindən danışılıb

Brüsseldə Avropa Qulaq-burun-boğaz və baş-boyun cərrahlığı konfederasiyasının konqresi keçirilib.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, konqresdə Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti Avropa Qulaq-burun-boğaz və baş-boyun cərrahlığı konfederasiyasının tamhüquqlu üzvü seçilib.

Konqresdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının dosenti Ramil Həşimli "Müğənnilərdə rast gəlinən səs problemləri və onlara yanaşma metodları" məruzəsi ilə çıxış edib. Azərbaycanlı həkim, həmçinin Avropa foneatrlarına Azərbaycan muğamının incəliklərindən danışıb.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR