XƏBƏR

Bu oynaqda hərəkət zamanı səs, ağrı, zəiflik yaranırsa...

date 23 Aprel 2019

Bu oynaqda hərəkət zamanı səs, ağrı, zəiflik yaranırsa...

Başqa oynaqlar kimi gicgah-çənə oynağının da xəstəlikləri var. Bu oynaqların çıxığı, iltihabı və digər xəstəliklərinə yaşından asılı olmayaraq, bir çox insanlarda rast gəlinir.  

Bəs hansı əlamətlər gicgah-çənə oynağında problemlərin yarandığına dəlalət edir?

E-tibb.az bununla bağlı Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin hazırladığı məlumatı təqdim edir:

Oynağın hərəkəti zamanı səsin, cırıltının yaranması, oynaq ətrafında ağrı, zəiflik, oynağın kilidlənməsi, hərəkət məhdudluğu, dişləmədə və dişləmə hissəsində dəyişiklik

kimi simptomları ola bilər.

Oynaq hərəkəti zamanı eşidilən səs, cırıltı diskin yerindən sürüşdüyünün bir əlamətidir və oynağın yerindən sağa-sola oynadığını göstərir: “Bəzən pasiyentlər çənə oynağı ilə əlaqədar olmayan şikayətlərlə gəlirlər. Məsələn, baş ağrıları, qulaq ağrısı, baş dönməsi, boyun və ənsə ağrısı. Ümumiyyətlə, bu simptomlara səbəb olan hal yuxudaykən insanın istəmədən dişlərini sıxması və ya qıcamasıdır”.

Qeyd olunub ki, belə hallarda ilk hədəf əzələ spazmasını və oynaq ağrısını aradan qaldırmaqdır. Bunun üçün ağrıkəsici dərmanlar və miorelaksanlardan (əzələ rahatlayıcı) istifadə edilir. Oynağın içinə steroidli dərmanlar inyeksiya edərək, ağrı və iltihab azaldıla bilər. Özü-özünü müalicə də təsirlidir və aşağıdakılardan ibarətdir:

çənə istirahəti

yemək yemədiyiniz vaxtlarda çənənizi açıq tutmaq

yumşaq yeməklər yemək

buz və isti tətbiqi

çənə idmanları

pozisiya idmanları

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR