XƏBƏR

Bir çox xəstəliklərdən qoruyan D vitamini bu qidalarda daha çoxdur

date 9 Noyabr 2019

Bir çox xəstəliklərdən qoruyan D vitamini bu qidalarda daha çoxdur

Orqanizm üçün ən vacib vitaminlərdən olan D vitamini daha çox Günəş şüalarından qəbul edilir. Amma burada qidalanmanın, yəni D vitamini ilə zəngin olan qidaların qəbul edilməsinin də mühüm rolu var.   

Mütəmadi olaraq Günəş şüaları qəbul etmək və həmin qidaları vaxtaşırı yeməklə orqanizmin D vitamininə olan tələbatı ödənir.

D vitamini əzələ və sümükləri qoruyur, şəkərli diabet riskini azaldır, bağırsaqları, ürəyi qoruyur.

Onun azlığı sümük əriməsi, digər sümük xəstəlikləri, şəkərli diabet, hətta xərçəngə səbəb olur.

D vitamini hansı qidalarda daha çoxdur?

Bu sırada süd və süd məhsulları, yağlı balıq, göbələk, yumurta sarısı, narıngi, toyuq ciyəri, yulaf, cəfəri, gicirtgən xüsusi olaraq vurğulanır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR